YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə Xocalı rayon mədəniyyət evində ümumrayon tədbiri keçirildi. Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Vahid Əliyev açdı və çıxış edərək partiyanın yaranma tarixindən, 22 il ərzində qazandığı müvəffəqiyyətlərdin danışdı.
Tədbirdə Azərbaycanın müstəqillik yolunda keçdiyi ağır günlərlər danışıldı. Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi əvəzsiz xidmətlər ətrafında geniş müzakirələr aparıldı, qarşıda duran vəzifələr müəyyənləşdirildi.
Respublika Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətin rayon ictimaiyyəti tərəfindən dəstəkləndiyini, dahi rəhbərimiz Heydər Əliyevin siyasi kursunun inamla davam etdirdiyi də diqqətə çatdırıldı.
Tədbir iştirakçıları bir səslə «Yaşasın Yeni Azərbaycan Partiyası»! şüarını səsləndirdilər.